Reklam verin!
AzeriBlog
 Prezident Ensiklopediyası : İntellektual Prezident - İlham Əliyev

Navigation


RSS: Yazılar


Prezidentimizin Avropaya növbəti səfəri: yeni siyasi uğurlarımız...

May 14, 2009 17:51, Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, İntellektual nitq və çıxışlar, artyazar, Şərhlər(0)

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ ÇEXİYA PREZİDENTİ VATSLAV KLAUSUN GÖRÜŞÜ

Praqa, 6 may (AzərTAc). Xüsusi müxbirimiz xəbər verir ki, Praqada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da Çexiya Respublikasının Prezidenti Vatslav Klaus ilə görüşmüşdür.
Prezident sarayının qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Çexiya Prezidenti Vatslav Klaus Azərbaycan Prezidenti İlham Əliyevi səmimiyyətlə qarşıladı.
Dövlət başçıları rəsmi foto çəkdirdilər.

Davamı...
Baxış sayı: 222
Açar sözlər:
Bookmark and Share

MİLLİ MƏDƏNİYYƏTƏ BÖYÜK ÖNƏM VERƏN PREZİDENTİMİZ...

May 6, 2009 18:39, Fərman və sərəncamlar, Virtual gündəlik, Mədəniyyətimizin hamisi, artyazar, Şərhlər(0)

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRDİ TƏQAÜDLƏRİNİN VERİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

“Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
Azərbaycanda mədəniyyətin inkişafında böyük xidmətləri olan
aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilsin:

Bəykişiyev Nazim Zöhrab oğlu
Dadaşov Fəxrəddin Əlisahib oğlu
Müslümov Möhlət Xanəli oğlu
Paşayev Ağaverdi Ağa Əli oğlu

Davamı...
Baxış sayı: 289
Açar sözlər:
Bookmark and Share

Qayğıkeş rəhbər, intellektual lider...

May 6, 2009 18:29, Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, Mədəniyyətimizin hamisi, artyazar, Şərhlər(0)

BAKI TENNİS AKADEMİYASININ AÇILIŞI OLMUŞDUR
PREZİDENT İLHAM ƏLİYEV MƏRASİMDƏ İŞTİRAK ETMİŞDİR

 Mayın 5-də Bakı Tennis Akademiyasının açılış mərasimi olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
Mehriban xanıma gül dəstəsi təqdim olundu.
Prezident İlham Əliyev və xanımı mərasimdə iştirak etmək üçün xarici ölkələrdən gəlmiş qonaqlarla və Azərbaycanın idman ictimiyyətinin nümayəndələri ilə görüşdülər.
Azərbaycan Tennis Akademiyasının prezidenti, Milli Məclisin sədri Oqtay Əsədov mərasimdə iştirak edən

Davamı...
Baxış sayı: 249
Açar sözlər:
Bookmark and Share

Ağır tarixi günün iştirakçısı...

May 6, 2009 17:15, Fərman və sərəncamlar, Virtual gündəlik, Prezidentə dəstək, Azәrbaycanın Beynәlxalq imici, artyazar, Şərhlər(0)

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ATƏT-İN BAKI OFİSİNİN YENİ TƏYİN OLUNMUŞ RƏHBƏRİ BİLGE CANKORELİ QƏBUL ETMİŞDİR

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də ATƏT-in Bakı ofisinin yeni təyin olunmuş rəhbəri Bilge Cankoreli qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə ATƏT arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər müzakirə olundu, əməkdaşlığın müxtəlif istiqamətlərinə dair ATƏT-in Bakı ofisinin fəaliyyəti barədə fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı ATƏT-in Bakı ofisinin rəhbəri vəzifəsinə təyin olunması münasibətilə Bilge Cankoreli təbrik etdi və fəaliyyətində ona uğurlar arzuladı. Bilge Cankorel Azərbaycan ilə ATƏT arasında əməkdaşlığın inkişaf etdirilməsində səylərini əsirgəməyəcəyini bildirdi.

Davamı...
Baxış sayı: 332
Açar sözlər:
Bookmark and Share

Daxildə də xaricdə də xalqıyla bir olan Prezidentimiz...

May 5, 2009 11:33, Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, Mədəniyyətimizin hamisi, İntellektual nitq və çıxışlar, artyazar, Şərhlər(0)

2009-CU İL APREL AYININ 30-DA AZƏRBAYCAN DÖVLƏT NEFT AKADEMİYASINDA BAŞ VERMİŞ FACİƏLİ HADİSƏ NƏTİCƏSİNDƏ HƏLAK OLANLARIN AİLƏLƏRİNƏ VƏ AĞIR XƏSARƏT ALANLARA BİRDƏFƏLİK MADDİ YARDIM GÖSTƏRİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

2009-cu il aprel ayının 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciəli hadisə nəticəsində həlak olanların ailələrinə və ağır xəsarət alanlara maddi yardım göstərilməsi məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan həlak olanların ailələrinin hər birinə 30,0 min (otuz min), ağır xəsarət alanların hər birinə isə 15,0 min (on beş min) manat məbləğində birdəfəlik maddi yardım edilsin.

Davamı...
Baxış sayı: 162
Açar sözlər:
Bookmark and Share

Avropanın hesablaşdığı dövlət başçısı...

May 5, 2009 11:26, Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, artyazar, Şərhlər(0)

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI

-Sağ olun. Dəvətə görə Sizə təşəkkür edirəm. Dünən və bu gün apardığım danışıqlardan çox məmnunam. Bu müzakirələr Avropa İttifaqı və Azərbaycan arasındakı əlaqələrin davamlı inkişafı üçün çox geniş imkanlar yaradır. Biz bu əlaqələrə böyük önəm veririk. Biz əməkdaşlığın səviyyəsini yüksək dəyərləndiririk. Biz bu əməkdaşlığın praktiki cəhətlərini müzakirə etdik. Əlaqələrimizin gündəliyi genişlənir. Hazırda bu gündəlik regional inkişafa, iqtisadi əməkdaşlığa, siyasi islahatlara və təbii ki, enerji təhlükəsizliyi və şaxələndirməyə dair bir sıra məsələləri özündə əks etdirir.

Davamı...
Baxış sayı: 166
Açar sözlər:
Bookmark and Share

Avropanın hesablaşdığı yeni nəsil intellektual siyasi xadim və lider...

May 5, 2009 11:05, Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, İntellektual nitq və çıxışlar, artyazar, Şərhlər(0)

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BELÇİKA KRALLIĞINA İŞGÜZAR SƏFƏRİ
PREZİDENT İLHAM ƏLİYEVİN AVROPA KOMİSSİYASININ SƏDRİ JOZE MANUEL BARROZU İLƏ GÖRÜŞÜ

 Xüsusi müxbirimiz xəbər verir ki, Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Brüsseldə Avropa Komissiyasının sədri Joze Manuel Barrozu ilə görüşmüşdür.
Dövlətimizin başçısı İlham Əliyevi Avropa Komissiyasının sədri Joze Manuel Barrozu səmimiyyətlə qarşıladı. Onlar Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqları önündə xatirə şəkli çəkdirdilər.

Davamı...
Baxış sayı: 134
Açar sözlər:
Bookmark and Share

Avropanın növbəti fəhti...

Aprel 28, 2009 17:16, Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, artyazar, Şərhlər(0)

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BELÇİKA KRALLIĞINA İŞGÜZAR SƏFƏRƏ YOLA DÜŞMÜŞDÜR

 Aprelin 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belçika Krallığına işgüzar səfərə yola düşmüşdür.
Azərbaycan Prezidentini Heydər Əliyev adına Beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.






Davamı...
Baxış sayı: 192
Açar sözlər:
Bookmark and Share

Prezidentin ağır iş günü və uğurlu fəaliyyətləri...

Aprel 28, 2009 16:59, Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, Mədəniyyətimizin hamisi, artyazar, Şərhlər(0)

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İRAN İSLAM RESPUBLİKASININ SƏRHƏD POLİSİNİN KOMANDANI GENERAL-MAYOR QASIM RZAYİNİ QƏBUL ETMİŞDİR

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də İran İslam Respublikası Sərhəd Polisinin komandanı general-mayor Qasım Rzayini qəbul etmişdir.
Görüşdə Azərbaycana qonşu ölkələr olan İranın və Rusiyanın sərhəd xidməti rəhbərlərinin toplantılarının Bakıda keçirilməsinin əhəmiyyəti vurğulandı. Birgə məsələlərin müzakirəsi və eləcə də ölkələrimiz arasında regional əməkdaşlığın genişləndirilməsi baxımından bu cür görüşlərin önəmi qeyd olundu və bu sahədə əməkdaşlığın perspektivlərinin müzakirəsi üçün belə görüşlərin mütəmadi keçirilməsinin zəruriliyi bildirildi.

Davamı...
Baxış sayı: 158
Açar sözlər:
Bookmark and Share

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV: Azərbaycan inkişafı get-gedə güclənir...

Aprel 23, 2009 19:06, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, İntellektual nitq və çıxışlar, artyazar, Şərhlər(0)

AZƏRBAYCAN TARİXƏ 2003-2008-Cİ İLLƏRDƏ İQTİSADİ CƏHƏTDƏN ƏN SÜRƏTLƏ İNKİŞAF ETMİŞ ÖLKƏ KİMİ DAXİL EDİLƏCƏKDİR
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN SƏDRLİYİ İLƏ NAZİRLƏR KABİNETİNİN 2009-CU İLİN BİRİNCİ RÜBÜNÜN SOSİAL-İQTİSADİ İNKİŞAFININ YEKUNLARINA HƏSR OLUNMUŞ İCLASI KEÇİRİLMİŞDİR

Bakı, 22 aprel (AzərTAc). Aprelin 22-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir.
Dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı.

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ

- Nazirlər Kabinetinin bugünkü iclasında biz 2009-cu ilin ilk rübünün sosial-iqtisadi inkişafının yekunlarını müzakirə edəcəyik. 2009-cu il Azərbaycan iqtisadiyyatı üçün yeni inkişaf dövrünün başlanması ilidir. Son beş il ərzində Azərbaycanın iqtisadiyyatı çox sürətlə inkişaf etmişdir və Azərbaycan tarixə 2003-2008-ci illərdə iqtisadi cəhətdən ən sürətlə inkişaf etmiş ölkə kimi daxil ediləcəkdir. Bu, böyük nailiyyətdir.

Davamı...
Baxış sayı: 162
Açar sözlər:
Bookmark and Share

Şərq və Qərbin hesablaşdığı Lider...

Aprel 23, 2009 19:00, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, İntellektual nitq və çıxışlar, artyazar, Şərhlər(0)

PREZİDENT İLHAM ƏLİYEV İKT-NİN ÜZVÜ OLAN DÖVLƏTLƏRİN HÜQUQ MÜHAFİZƏ ORQANLARI RƏHBƏRLƏRİNİN BAKIDA KEÇİRİLƏN KONFRANSININ İŞTİRAKÇILARINI QƏBUL ETMİŞDİR

Bakı, 21 aprel (AzərTAc). Aprelin 21-də Prezident İlham Əliyev İslam Konfransı Təşkilatının üzvü olan dövlətlərin hüquq mühafizə orqanları rəhbərlərinin Bakıda keçirilən konfransının iştirakçılarını qəbul etmişdir.
Prezident İLHAM ƏLİYEV qonaqlara müraciətlə dedi:
- Əziz dostlar!
Mən sizin hamınızı Azərbaycanda salamlayıram. Bu gün Bakıda İslam Konfransı Təşkilatının üzvü

Davamı...
Baxış sayı: 127
Açar sözlər:
Bookmark and Share

İLHAM ƏLİYEVİN RUSİYANIN “VESTİ” KANALINA VƏ İTAR-TASS-a MÜSAHİBƏSİ...

Aprel 23, 2009 18:45, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, İntellektual nitq və çıxışlar, artyazar, Şərhlər(0)

 AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN RUSİYANIN “VESTİ” KANALINA VƏ İTAR-TASS AGENTLİYİNƏ MÜSAHİBƏSİ

Bakı, 20 aprel (AzərTAc). Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də, Moskvaya işgüzar səfəri çərçivəsində Rusiyanın “Vesti” kanalına və İTAR-TASS agentliyinə müsahibə vermişdir. AzərTAc həmin müsahibənin mətnini oxuculara təqdim edir.
- İlham Heydər oğlu, bu müsahibəni götürmək imkanına görə çox sağ olun. Birinci sual, yəqin ki, başlanğıc üçün bir qədər gözlənilməz ola bilər. Bununla belə, güman edirik ki, bu, maraqlı olacaqdır. Mən bu müsahibəyə hazırlaşanda gördüm

Davamı...
Baxış sayı: 138
Açar sözlər:
Bookmark and Share

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN Rusiyaya səfəri...

Aprel 23, 2009 18:29, Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, Ali sərkərdə, İntellektual nitq və çıxışlar, artyazar, Şərhlər(0)

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI

-Sağ olun, Dmitri Anatolyeviç! Əvvələn, məni Moskvaya səfərə dəvət etdiyinizə görə, Sizinlə ünsiyyətdə olmaq və həm ikitərəfli münasibətlərə, həm də regional problemlərə aid mühüm məsələləri müzakirə etmək imkanına görə Sizə bir daha təşəkkür etmək istərdim. Siz artıq qeyd etdiniz ki, biz qarşılıqlı maraq doğuran məsələlər barədə çox səmimi, açıq fikir mübadiləsi apardıq.
Rəhbərlər arasında münasibətlər xeyli dərəcədə ölkələr arasında münasibətləri də müəyyən edir. Çox fərəhli haldır ki, Rusiya ilə Azərbaycan arasında dostluq münasibətləri prezidentlər arasındakı münasibətlərdə də müşahidə olunur.

Davamı...
Baxış sayı: 146
Açar sözlər:
Bookmark and Share

Maraqlı səfərlər, fərmanlar...

Aprel 23, 2009 18:25, Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, artyazar, Şərhlər(0)

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MOSKVAYA İŞGÜZAR SƏFƏRƏ YOLA DÜŞMÜŞDÜR

Bakı, 16 aprel (AzərTAc). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Moskvaya işgüzar səfərə yola düşmüşdür.
Azərbaycan Prezidentini Heydər Əliyev adına beynəlxalq hava limanında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.







Davamı...
Baxış sayı: 249
Açar sözlər:
Bookmark and Share

Qanunvericilik və beynəlxalq təcrümə zənginləşdirilir...

Aprel 23, 2009 18:20, Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, artyazar, Şərhlər(0)

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV LATVİYANIN XARİCİ İŞLƏR NAZİRİ MARİS RİEKSTİNŞİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Bakı, 16 aprel (AzərTAc). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Latviyanın xarici işlər naziri Maris Riekstinşin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, bu baxımdan yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olundu, əməkdaşlığın daha da genişləndirilməsi üçün

Davamı...
Baxış sayı: 191
Açar sözlər:
Bookmark and Share

Yeni qanunlar və fərmanlar...

Aprel 23, 2009 18:16, Fərman və sərəncamlar, Virtual gündəlik, artyazar, Şərhlər(0)

“ARIÇILIQ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Arıçılıq haqqında” Azərbaycan Respublikasının 2009-cu il 2 fevral tarixli 765-IIIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının “Arıçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

Davamı...
Baxış sayı: 177
Açar sözlər:
Bookmark and Share

İqtisadi planların müəllifi, diplomatik-siyasi fəaliyyət...

Aprel 23, 2009 18:11, Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, artyazar, Şərhlər(0)

“AZƏRBAYCAN RESPUBLİKASI REGİONLARININ 2009-2013-CÜ İLLƏRDƏ SOSİAL-İQTİSADİ İNKİŞAFI DÖVLƏT PROQRAMI”NIN TƏSDİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında (2004-2008-ci illər)”, “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”nda və regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş digər sənədlərdə nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoymuş, qeyri-neft sektorunun davamlı inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan vermiş, sahibkarlıq mühitinin daha da yaxşılaşmasında, iqtisadiyyata investisiya qoyuluşlarının artmasında,

Davamı...
Baxış sayı: 189
Açar sözlər:
Bookmark and Share

AKADEMİK ZƏRİFƏ ƏLİYEVANIN PARLAQ XATİRƏSİ...

Aprel 23, 2009 18:07, Liderə sevgi, Prezidentə dəstək, artyazar, Şərhlər(0)

GÖRKƏMLİ OFTALMOLOQ ALİM, AKADEMİK ZƏRİFƏ ƏLİYEVANIN PARLAQ XATİRƏSİ QƏLBLƏRDƏ ƏBƏDİ YAŞAYIR

Aprelin 15-i görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirə günüdür. 1985-ci ilin bu bahar günündə dünyasını dəyişən, işıqlı amalların, nəcib duyğuların təcəssüm tapdığı bir ömür yaşayan Zərifə xanımın parlaq xatirəsi hər il anılır, qədirbilən xalqımızın qəlbində əbədi yaşayır.
Qədim Naxçıvanın Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açan Zərifə xanım çox zəngin və mənalı ömür yolu keçmişdir. Zərifə xanım görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya göz açmışdı. Atasının ömür yolu onun üçün əsl həyat məktəbi olmuşdur.
Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin, ümummilli lider

Davamı...
Baxış sayı: 313
Açar sözlər:
Bookmark and Share

İqtisadi və siyasi - diplomatik uğurlarımızın sahibi...

Aprel 23, 2009 18:05, Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, İntellektual nitq və çıxışlar, Türk Dünyasının Lideri, artyazar, Şərhlər(0)

“QARADAĞ SEMENT” ASC-DƏ YENİDƏNQURMA LAYİHƏSİNİN TƏQDİMATI VƏ YENİ SOBANIN TƏMƏLQOYMA MƏRASİMİ OLMUŞDUR
PREZİDENT İLHAM ƏLİYEV MƏRASİMDƏ İŞTİRAK ETMİŞDİR

Aprelin 14-də “Qaradağ Sement” ASC-də müəssisənin yenidənqurma layihəsinin təqdimatı və yeni texnologiya əsasında işləyəcək sobanın təməlqoyma mərasimi olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Müəssisənin kollektivi dövlətimizin başçısını hərarətlə qarşıladı.
Prezident İlham Əliyevə əvvəlcə müəssisə və onun yenidən qurulması layihəsi haqqında

Davamı...
Baxış sayı: 147
Açar sözlər:
Bookmark and Share

Milli mədəniyyətimizin böyük hamisi...

Aprel 14, 2009 17:38, Fərman və sərəncamlar, Virtual gündəlik, Prezidentə dəstək, Azәrbaycanın Beynәlxalq imici, Mədəniyyətimizin hamisi, artyazar, Şərhlər(0)

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV GƏNC TAMAŞAÇILAR TEATRININ BİNASINDA APARILMIŞ BƏRPA VƏ YENİDƏNQURMA İŞLƏRİ İLƏ TANIŞ OLMUŞDUR

Aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının binasında aparılmış bərpa və yenidənqurma işləri ilə tanış olmuşdur.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə teatrın binasının bərpa və yenidənqurmayaqədərki və indiki görünüşünü, eləcə də bərpa işlərinin gedişini əks etdirən şəkillərə baxdılar.

Davamı...
Baxış sayı: 196
Açar sözlər:
Bookmark and Share

Azərbaycan və Ukrayna Prezidentlərinin görüşü...

Aprel 14, 2009 17:24, Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, İntellektual nitq və çıxışlar, artyazar, Şərhlər(0)

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI

-Hörmətli Viktor Andreyeviç,
hörmətli qonaqlar,
xanımlar və cənablar!
Ukrayna Prezidenti başda olmaqla bu ölkənin nümayəndə heyətini Azərbaycanda bir daha səmimi salamlamaq istəyirəm. Mən Ukrayna Prezidentinin Azərbaycana səfərinin nəticələrindən, aparılmış danışıqlardan, fikir mübadiləsindən çox razıyam. Biz qarşılıqlı maraq doğuran məsələlər barədə çox geniş fikir mübadiləsi apardıq. Ölkələrimiz arasında müxtəlif sahələrdə münasibətlər dərindən təhlil edildi. Biz regional problemlərə toxunduq, regional əməkdaşlıq məsələlərini, Avropa İttifaqı çərçivəsində nəzərdə tutulan “Şərq tərəfdaşlığı” layihəsi üzrə əməkdaşlığın perspektivlərini geniş müzakirə etdik.

Davamı...
Baxış sayı: 155
Açar sözlər:
Bookmark and Share

PREZİDENT İLHAM ƏLİYEV VƏ UKRAYNA PREZİDENTİ VİKTOR YUŞŞENKO: Şərq və Qərb birləşir...

Aprel 9, 2009 19:40, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, artyazar, Şərhlər(0)

RƏSMİ QARŞILANMA MƏRASİMİ

Bakı. Aprelin 9-da Azərbaycanda rəsmi səfərdə olan Ukrayna Prezidenti Viktor Yuşşenkonun rəsmi qarşılanma mərasimi olmuşdur.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verdi.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ukrayna Prezidenti Viktor Yuşşenkonu və xanımı

Davamı...
Baxış sayı: 218
Açar sözlər:
Bookmark and Share

Beynəlxalq nüfuz sahibi, intellektual dövlət islahatçısı...

Aprel 9, 2009 19:27, Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, artyazar, Şərhlər(0)

PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Aprelin 7-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə  telefonla zəng etmişdir.
Səmimi söhbət zamanı prezidentlər Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin müxtəlif istiqamətlərdə uğurlu inkişafından məmnunluq ifadə etmişlər. Dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, energetika sahəsində əməkdaşlıq və regional təhlükəsizliklə bağlı məsələləri müzakirə etmişlər.
ABŞ Prezidenti Türkiyə-Ermənistan münasibətləri ilə bağlı ABŞ dövlətinin atdığı addımlar barədə danışmışdır. Azərbaycan Prezidenti bu məsələ ilə əlaqədar Azərbaycan dövlətinin mövqeyini Prezident Obamaya çatdırmışdır.
Telefon söhbəti zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.

Davamı...
Baxış sayı: 205
Açar sözlər:
Bookmark and Share

Mədəniyyətimizin, ədəbiyyatımızın, idmanımızın böyük qayğıkeşi...

Aprel 9, 2009 12:29, Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, Mədəniyyətimizin hamisi, İntellektual nitq və çıxışlar, Türk Dünyasının Lideri, artyazar, Şərhlər(0)

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV GÜLƏŞ ÜZRƏ MİLLİ KOMANDANIN ÜZVLƏRİNİ VƏ MƏŞQÇİLƏRİNİ QƏBUL ETMİŞDİR

Bakı, 7 aprel (AzərTAc). Azərbaycan Prezidenti İlham Əliyev aprelin 7-də güləş üzrə milli komandanın üzvlərini və məşqçilərini qəbul etmişdir.
Prezident İLHAM ƏLİYEV idmançılara müraciətlə dedi:
-Əziz dostlar, mən sizin hamınızı ürəkdən salamlayıram və hamınızı bu böyük tarixi qələbə münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu, doğrudan da tarixi qələbədir. İlk dəfə olaraq Azərbaycan idmançıları, Azərbaycan güləşçiləri

Davamı...
Baxış sayı: 272
Açar sözlər:
Bookmark and Share

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ...

Aprel 9, 2009 12:07, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, İntellektual nitq və çıxışlar, artyazar, Şərhlər(0)

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN SƏDRLİYİ İLƏ TƏHLÜKƏSİZLİK ŞURASININ İCLASI KEÇİRİLMİŞDİR

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə aprelin 6-da Təhlükəsizlik Şurasının iclası keçirilmişdir. Dövlətimizin başçısı iclasda nitq söyləmişdir.

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- 2009-cu ildə ölkəmizin uğurlu inkişafı davam edir, bütün sahələrdə müsbət meyillər daha da güclənir, Azərbaycanın uzunmüddətli inkişaf strategiyası icra olunur. Bütün bunlar bir daha göstərir ki, bizim seçdiyimiz yol düzgün yoldur, bu yolda artıq böyük nailiyyətlər əldə edilibdir. Azərbaycan müxtəlif zamanlarda çətin sınaqlardan şərəflə çıxa bilmişdir və indi ölkəmiz həm siyasi, həm də iqtisadi cəhətdən çox uğurla inkişaf edir.

Davamı...
Baxış sayı: 145
Açar sözlər:
Bookmark and Share

Modern Azərbaycanın memarı olan Prezident...

Aprel 9, 2009 12:05, Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, Mədəniyyətimizin hamisi, artyazar, Şərhlər(0)

BAKI ŞƏHƏRİNDƏ NƏQLİYYAT ƏMƏLİYYATLARININ İNTELLEKTUAL İDARƏ EDİLMƏSİ SİSTEMİNİN İNZİBATİ BİNASININ TƏMƏLİ QOYULMUŞDUR
PREZİDENT İLHAM ƏLİYEV MƏRASİMDƏ İŞTİRAK ETMİŞDİR

Bakı, 6 aprel (AzərTAc). Aprelin 6-da Bakı şəhərində Nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sisteminin inzibati binasının təməli qoyulmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Dövlətimizin başçısı İlham Əliyevin Koreya Respublikasına rəsmi səfəri zamanı əldə olunan razılaşmaya əsasən, 2007-ci ilin aprelində Azərbaycan Nəqliyyat Nazirliyi ilə Cənubi Koreyanın Tikinti və Nəqliyyat

Davamı...
Baxış sayı: 161
Açar sözlər:
Bookmark and Share

NÜVƏ VƏ RADİOLOJİ FƏALİYYƏTİN TƏNZİMLƏNMƏSİ ÜZRƏ DÖVLƏT AGENTLİYİ...

Aprel 9, 2009 11:58, Fərman və sərəncamlar, Virtual gündəlik, artyazar, Şərhlər(0)

AZƏRBAYCAN RESPUBLİKASI FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN NÜVƏ VƏ RADİOLOJİ FƏALİYYƏTİN TƏNZİMLƏNMƏSİ ÜZRƏ DÖVLƏT AGENTLİYİ HAQQINDA ƏSASNAMƏNİN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:

1. “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə edilir).
2. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 dekabr tarixli 695 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti

Davamı...
Baxış sayı: 163
Açar sözlər:
Bookmark and Share

Çağdaş tariximizdə şəxsiyyət: xüsusi fərmanlar... Görüşlər, münasibətlər...

Aprel 9, 2009 11:49, Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, artyazar, Şərhlər(0)

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNİN İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDUNUN YARADILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 iyul tarixli 2957 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılsın.
2. “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu haqqında Nizamnamə” təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

Davamı...
Baxış sayı: 127
Açar sözlər:
Bookmark and Share

Tarix yazan Prezident...

Aprel 9, 2009 11:43, Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, artyazar, Şərhlər(0)

“AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASINA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ REFERENDUM AKTININ QÜVVƏYƏ MİNMƏSİ İLƏ ƏLAQƏDAR MÜVAFİQ NORMATİV HÜQUQİ AKTLARIN LAYİHƏLƏRİNİN HAZIRLANMASI BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

18 mart 2009-cu il tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının 31 mart 2009-cu il tarixdən qüvvəyə minməsini nəzərə alaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, altı ay müddətində Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci, 18-ci, 19-cu, 25-ci, 29-cu, 39-cu, 48-ci, 72-ci və 146-cı maddələrinə edilən əlavələrdən və dəyişikliklərdən

Davamı...
Baxış sayı: 154
Açar sözlər:
Bookmark and Share

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GÜNDƏLİK İŞLƏRİ...

Aprel 2, 2009 19:27, Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, artyazar, Şərhlər(0)

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BOLQARISTANIN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Bolqarıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vasil Todorov Kalinovun etimadnaməsini qəbul etmişdir.
Səfir Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Vasil Todorov Kalinov etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.
Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişafını, yüksək səviyyəli qarşılıqlı səfərlərin, məsləhətləşmələrin əlaqələrin dinamik inkişafına xidmət etdiyini vurğuladı. Dövlətimizin başçısı səfirin ölkəmizdəki diplomatik fəaliyyəti müddətində də Azərbaycanla Bolqarıstan arasında əlaqələrin inkişaf edəcəyinə və genişlənəcəyinə əminliyini bildirdi.

Davamı...
Baxış sayı: 180
Açar sözlər:
Bookmark and Share

Xalq səsverməsi: demokratik dövlətçilik islahatları davam etdirilir...

Mart 30, 2009 15:52, Liderə sevgi, Prezidentə dəstək, artyazar, Şərhlər(0)

MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ İCLASI KEÇİRİLMİŞDİR

Bakı, 25 mart (AzərTAc). Martın 25-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilmişdir.
MSK-nın mətbuat xidmətindən bildirmişlər ki, əvvəlcə Komissiyanın 2009-cu il martın 17-də keçirilmiş iclasının protokolu təsdiq edilmişdir. Sonra MSK üzvü Qabil Orucov 2009-cu il martın 18-də keçirilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılmasına dair məsələ barədə məlumat vermişdir. O, qeyd etmişdir ki, referendumla əlaqədar “Respublikaçılar” və “Qarabağ və Respublika Uğrunda Hərəkat” referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələri 2009-cu il martın 23-də Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyasına birgə müraciət edərək, səsvermə günü bəzi seçki (referendum) məntəqələrində qanun pozuntularının baş verməsini iddia etmiş, qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmiş

Davamı...
Baxış sayı: 154
Açar sözlər:
Bookmark and Share

Azərbaycan dövlətçiliyinin keçiyində duran Ali Rəhbər...

Mart 30, 2009 15:47, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, Ali sərkərdə, İntellektual nitq və çıxışlar, artyazar, Şərhlər(0)

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ TƏHLÜKƏSİZLİK ORQANLARININ ŞƏXSİ HEYƏTİNƏ

Hörmətli milli təhlükəsizlik orqanlarının əməkdaşları və veteranları!
Sizi Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 90 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Dövlətçiliyimizin əsas dayaqlarından biri olan Milli Təhlükəsizlik Nazirliyi 90 illik mürəkkəb və eyni zamanda şərəfli inkişaf yolu keçmişdir. 1919-cu il martın 28-də Azərbaycan Demokratik Respublikasının kəşfiyyat və əks-kəşfiyyat qurumu kimi yaradılan xüsusi bölmə öz fəaliyyətinə ermənilərin Azərbaycana qarşı ərazi iddialarının və azərbaycanlılara qarşı soyqırımı siyasətinin, ölkə daxilində müxtəlif təxribatların qarşısının alınması ilə başladı. Sonrakı dövrdə Sovet İttifaqının dövlət siyasətini həyata keçirən təhlükəsizlik orqanları milli dəyərlərə və belə dəyərlərin daşıyıcıları olan insanlara qarşı repressiv qurum kimi çıxış etdi.

Davamı...
Baxış sayı: 128
Açar sözlər:
Bookmark and Share

Muğam Festivalı və Novruz Bayramında...

Mart 29, 2009 14:42, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, Mədəniyyətimizin hamisi, artyazar, Şərhlər(0)

BAKIDA “MUĞAM ALƏMİ” BEYNƏLXALQ FESTİVALININ RƏSMİ AÇILIŞ MƏRASİMİ KEÇİRİLMİŞDİR
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MƏRASİMDƏ İŞTİRAK ETMİŞDİR

Bakı, 20 mart (AzərTAc). Martın 20-də Beynəlxalq Muğam Mərkəzində “Muğam aləmi” Beynəlxalq festivalının rəsmi açılış mərasimi olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla, YUNESKO-nun baş direktoru Koişiro Matsuura, habelə dünyanın 17 ölkəsindən festivala gəlmiş çoxsaylı qonaqlar mərasimdə iştirak etmişlər.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın birbaşa himayəsi ilə son illər

Davamı...
Baxış sayı: 184
Açar sözlər:
Bookmark and Share

Prezidentin bayramqabağı gündəliyindən səhifələr...

Mart 29, 2009 13:46, Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, Mədəniyyətimizin hamisi, artyazar, Şərhlər(0)

NOVRUZ BAYRAMI MÜNASİBƏTİLƏ AZƏRBAYCAN XALQINA TƏBRİK

Hörmətli həmvətənlər!
Sizi xalqımızın ən əziz bayramı – Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı və səadət arzulayıram.
Təbiətin insanlara töhfəsi olan Novruz bayramının hər gəlişi əsrlərdən bəri Azərbaycanda bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü kimi qəbul edilmişdir. Gecə ilə gündüzün bərabərləşdiyi ilk bahar günündə yurdumuza qədəm qoyan bu bayram insanları daim birliyə, sülhə və əmin-amanlığa səsləyir. Bahar mərasimləri, adət-ənənələri əsrlərin sınağından çıxaraq, ulu babalarımızdan bizə yadigar qalmış misilsiz ərməğandır.
Milli təfəkkürümüzün və mədəni-mənəvi dəyərlərimizin parlaq təcəssümü sayılan Novruz bayramı suveren Azərbaycan dövlətinin rəsmi bayramı olaraq müstəqil respublikamızın hər bir guşəsində kütləvi şənliklərlə qeyd edilir.

Davamı...
Baxış sayı: 205
Açar sözlər:
Bookmark and Share

18 mart referendumu: yeni tariximiz...

Mart 29, 2009 12:56, Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, artyazar, Şərhlər(0)

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV 6 SAYLI SEÇKİ MƏNTƏQƏSİNDƏ SƏS VERMİŞDİR

Bakı, 18 mart (AzərTAc). Müstəqil Azərbaycan Respublikasının ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış ilk Konstitusiyasının qəbul edilməsindən 14 il keçir. Bu müddət ərzində ölkəmiz böyük inkişaf yolu keçmiş, geniş hüquqi islahatlar aparılmış və bütün bunlar demokratik vətəndaş cəmiyyəti quruculuğu üçün möhkəm təməl yaratmışdır. Lakin ölkədə, cəmiyyətdə gedən proseslər zaman-zaman yeni tələblər irəli sürür. Konstitusiya isə elə bir sənəddir ki, o, cəmiyyətlə birlikdə inkişaf etməlidir.

Davamı...
Baxış sayı: 156
Açar sözlər:
Bookmark and Share

Azərbaycan daxili və xarici siyasətinin uğurları...

Mart 29, 2009 12:36, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, artyazar, Şərhlər(0)

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MÜDAFİƏ SƏNAYESİ NAZİRLİYİNİN “RADİOQURAŞDIRMA” ZAVODUNUN ƏSASLI YENİDƏNQURMADAN SONRA AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR

Bakı, 16 mart (AzərTAc). Azərbaycan Prezidenti İlham Əliyev martın 16-da Müdafiə Sənayesi Nazirliyinin “Cihaz” İstehsalat Birliyinin əsaslı şəkildə yenidən qurulmuş “Radioquraşdırma” zavodunun açılışında iştirak etmişdir.
Müdafiə Sənayesi Nazirliyi yaranana qədər zavodun cəmi bir neçə sexi qismən fəaliyyət göstərir, təsadüfi sifarişlər əsasında ildə 60-70 min manatlıq məhsul buraxılırdı. 2006-cı ilə qədər burada işçilərin sayı tamamilə azalmış, müəssisə

Davamı...
Baxış sayı: 155
Açar sözlər:
Bookmark and Share

Azərbaycan ədəbiyyatının böyük hamisi...

Mart 16, 2009 20:42, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, Mədəniyyətimizin hamisi, İntellektual nitq və çıxışlar, Türk Dünyasının Lideri, artyazar, Şərhlər(0)

PREZİDENT İLHAM ƏLİYEV AMEA-NIN NİZAMİ GƏNCƏVİ ADINA AZƏRBAYCAN ƏDƏBİYYATI MUZEYİNDƏ APARILMIŞ ƏSASLI TƏMİR VƏ YENİDƏNQURMA İŞLƏRİ İLƏ TANIŞ OLMUŞDUR

Bakı. Martın 14-də Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində aparılmış əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşdur.
Muzeyin direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Rafael Hüseynov dövlətimizin başçısını və xanımı Mehriban Əliyevanı qarşıladı.
Son illərdə Prezident İlham Əliyevin tapşırığına əsasən, həm paytaxtda, həm də bölgələrdə

Davamı...
Baxış sayı: 239
Açar sözlər:
Bookmark and Share

Azərbaycan - XXI əsrin modern dövləti...

Mart 16, 2009 20:38, Fərman və sərəncamlar, Virtual gündəlik, Liderə sevgi, Prezidentə dəstək, Azәrbaycanın Beynәlxalq imici, Mədəniyyətimizin hamisi, Türk Dünyasının Lideri, artyazar, Şərhlər(0)

MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNİN “N” HƏRBİ HİSSƏSİNDƏ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİN AÇILIŞI VƏ HƏRBİ HİSSƏYƏ DÖYÜŞ BAYRAĞININ TƏQDİM EDİLMƏSİ MƏRASİMİ OLMUŞDUR
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MƏRASİMDƏ İŞTİRAK ETMİŞDİR

Bakı, 14 mart (AzərTAc). Martın 14-də Milli Təhlükəsizlik Nazirliyinin “N” hərbi hissəsində ümummilli lider Heydər Əliyevin abidəsinin açılışı və hərbi hissəyə döyüş bayrağının təqdim edilməsi mərasimi olmuşdur.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyev mərasimdə iştirak etmişdir.
Milli təhlükəsizlik naziri, general-leytenant Eldar

Davamı...
Baxış sayı: 192
Açar sözlər:
Bookmark and Share

Hər günü bir tarix səhifəsi olan dövlət rəhbəri...

Mart 12, 2009 20:46, Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, Mədəniyyətimizin hamisi, İntellektual nitq və çıxışlar, Türk Dünyasının Lideri, artyazar, Şərhlər(0)

TEHRANDA İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATININ 10-CU ZİRVƏ GÖRÜŞÜ KEÇİRİLMİŞDİR
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV GÖRÜŞDƏ İŞTİRAK ETMİŞDİR

Bakı, 12 mart (AzərTAc). Xəbər verdiyimiz kimi, martın 11-də Tehranın “Hafiziyə” sarayında İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət başçılarının 10-cu zirvə görüşü keçirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev görüşdə iştirak etmişdir.
Zirvə görüşünün geniş iclası başa çatdıqdan sonra İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın adından zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarının şərəfinə rəsmi

Davamı...
Baxış sayı: 209
Açar sözlər:
Bookmark and Share

Uğurlu Şərq siyasətinin ustadı...

Mart 12, 2009 20:33, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, İntellektual nitq və çıxışlar, Türk Dünyasının Lideri, artyazar, Şərhlər(0)

TEHRANDA İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATININ 10-CU ZİRVƏ GÖRÜŞÜ KEÇİRİLMİŞDİR
PREZİDENT İLHAM ƏLİYEV GÖRÜŞDƏ İŞTİRAK ETMİŞDİR

Tehran, 11 mart (AzərTAc). Martın 11-də Tehranın “Hafiziyə” sarayında İqtisadi Əməkdaşlıq Təşkilatının 10-cu zirvə görüşü keçirilmişdir.
Görüşdə təşkilatın üzvü olan ölkələrin dövlət və hökumət rəhbərləri, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri iştirak etmişlər.
Tədbir İran İslam Respublikasının himninin səslənməsi və “Qurani-Kərim”dən ayə oxunması ilə başlandı.
2006-cı ilin mayında Bakıda keçirilmiş 9-cu zirvə

Davamı...
Baxış sayı: 136
Açar sözlər:
Bookmark and Share

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN İRANA RƏSMİ SƏFƏRİ

Mart 12, 2009 20:25, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, Ali sərkərdə, İntellektual nitq və çıxışlar, Türk Dünyasının Lideri, artyazar, Şərhlər(0)

PREZİDENT SARAYINDA RƏSMİ QARŞILANMA MƏRASİMİ

Tehran, 10 mart (AzərTAc). Xüsusi müxbirlərimiz xəbər verirlər ki, martın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur.
Azərbaycanın və İranın dövlət bayraqlarının asıldığı Prezident sarayının qarşısındakı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
İran Prezidenti Mahmud Əhmədinejad Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.
Azərbaycanın və İranın dövlət himnləri səsləndi.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Dövlət başçıları fəxri qarovul dəstəsinin önündən keçdilər. Azərbaycan Prezidenti İlham Əliyev İran əsgərlərini salamladı.

Davamı...
Baxış sayı: 243
Açar sözlər:
Bookmark and Share

ABŞ-IN CNBC TELEKANALI: PREZİDENT İLHAM ƏLİYEVİN AZƏRBAYCAN ADLI UĞURLARI

Mart 12, 2009 19:47, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, İntellektual nitq və çıxışlar, Türk Dünyasının Lideri, artyazar, Şərhlər(0)

ABŞ-IN CNBC TELEKANALI PREZİDENT İLHAM ƏLİYEVLƏ MÜSAHİBƏ ƏSASINDA AZƏRBAYCANIN UĞURLARINI GENİŞ TAMAŞAÇI AUDİTORİYASINA TƏQDİM ETMİŞDİR

Bakı, 10 mart (AzərTAc). Azərbaycanın apardığı uğurlu iqtisadi siyasət, ölkəmizin malik olduğu neft və qaz kəmərləri respublikamızın dünyadakı nüfuzunu möhkəmləndirmişdir.
Digər tərəfdən, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində xüsusi əhəmiyyət verilən Nabukko qaz kəməri layihəsində iştirakla bağlı niyyətini bəyan etməsi ölkəmizə beynəlxalq marağı daha da artırmışdır.
Amerika Birləşmiş Ştatlarının nüfuzlu CNBC (Si-en-bi-si) telekanalı da

Davamı...
Baxış sayı: 222
Açar sözlər:
Bookmark and Share

Xanımları təbrik və təltif edən sevimli Prezidentimiz...

Mart 12, 2009 19:45, Fərman və sərəncamlar, Virtual gündəlik, Liderə sevgi, Azәrbaycanın Beynәlxalq imici, Mədəniyyətimizin hamisi, İntellektual nitq və çıxışlar, artyazar, Şərhlər(0)

8 MART – BEYNƏLXALQ QADINLAR GÜNÜ MÜNASİBƏTİLƏ AZƏRBAYCAN QADINLARINA TƏBRİK

Hörmətli xanımlar!
Sizi, bütün Azərbaycan qadınlarını Beynəlxalq qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.
Biz hamımız dinamik inkişaf edən ölkəmizin irimiqyaslı iqtisadi layihələrin iştirakçısı kimi əldə etdiyi yüksək göstəricilərlə haqlı olaraq fəxr edirik. Bu tərəqqinin bəhrələri respublikamızın hər bir guşəsində özünü aydın hiss etdirir. Həmin nailiyyətlərdə Azərbaycan qadınlarının böyük rolu danılmazdır. Qədim zamanlardan bəri vətənə və torpağa sədaqəti ilə seçilən qadınlarımız milli məfkurəyə sadiq qalaraq, bu gün də suveren Azərbaycan Respublikasının güclənməsi naminə töhfələr verirlər. Onlara xas olan işgüzarlıq, müdriklik, yüksək daxili mədəniyyət və xalqımızın yüzillər

Davamı...
Baxış sayı: 251
Açar sözlər:
Bookmark and Share

Qəlbi Azərbaycanla döyünən yeni lider...

Mart 12, 2009 19:23, Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, Mədəniyyətimizin hamisi, Türk Dünyasının Lideri, artyazar, Şərhlər(0)

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN YENİ HƏRBİ HİSSƏSİNİN AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR
Bakı, 6 mart (AzərTAc). Martın 6-da Dövlət Sərhəd Xidmətinin (DSX) “N” hərbi hissəsinin açılışı olmuşdur.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyev mərasimdə iştirak etmişdir.
Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev Ali baş komandana raport verdi.
Son illərdə Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazasının gücləndirilməsi, yeni sərhəd dəstələri və zastavalarında müasir şəraitin yaradılması sərhəd qoşunlarının inkişafına

Davamı...
Baxış sayı: 188
Açar sözlər:
Bookmark and Share

AZƏRBAYCAN DÖVLƏT İSLAHATLARININ MEMARI...

Mart 5, 2009 20:58, Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, artyazar, Şərhlər(0)

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BMT-NİN AZƏRBAYCANDAKI REZİDENT ƏLAQƏLƏNDİRİCİSİ VƏ BMT-NİN İNKİŞAF PROQRAMININ RƏHBƏRİ BRUNO PUEZANIN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Bakı, 5 mart (AzərTAc). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rəhbəri Bruno Puezanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı ölkəmizlə BMT arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğuladı və tərəfdaşlıq əlaqələrinin gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi.

Davamı...
Baxış sayı: 192
Açar sözlər:
Bookmark and Share

PREZİDENT İLHAM ƏLİYEVİN UÖURLU XARİCİ VƏ DAXİLİ SİYASƏTİNİN YENİ SƏHİFƏLƏRİ

Mart 5, 2009 20:54, Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, Türk Dünyasının Lideri, artyazar, Şərhlər(0)

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ATƏT-İN MİNSK QRUPUNUN HƏMSƏDRLƏRİNİ VƏ ATƏT-İN HAZIRKI SƏDRİNİN XÜSUSİ NÜMAYƏNDƏSİNİ QƏBUL ETMİŞDİR

Bakı, 3 mart (AzərTAc). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də ATƏT-in Minsk qrupunun həmsədrləri Mətyu Brayzəni (ABŞ), Bernar Fasyeni (Fransa), Yuri Merzlyakovu (Rusiya) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmişdir.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər müzakirə olunmuşdur.

Davamı...
Baxış sayı: 181
Açar sözlər:
Bookmark and Share

BAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN MİNGƏÇEVİR ŞƏHƏRİNƏ SƏFƏRİ

Mart 5, 2009 20:50, Virtual gündəlik, Liderə sevgi, Prezidentə dəstək, Azәrbaycanın Beynәlxalq imici, Mədəniyyətimizin hamisi, Türk Dünyasının Lideri, artyazar, Şərhlər(0)

BÖLGƏLƏRİN HƏRTƏRƏFLİ İNKİŞAFI AZƏRBAYCANIN TƏRƏQQİSİNİN TƏMƏLİNİ TƏŞKİL EDİR
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN MİNGƏÇEVİR ŞƏHƏRİNƏ SƏFƏRİ

Mingəçevir, 3 mart (AzərTAc). Azərbaycan Prezidenti İlham Əliyev regionlara səfəri çərçivəsində martın 3-də Mingəçevir şəhərinə gəlmişdir.
Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı Mingəçevir şəhərinin timsalında da özünü göstərir. Şəhər getdikcə abadlaşır, sənaye potensialı artır. 2003-cü ilə nisbətən 2008-ci ildə ümumi məhsul istehsalının həcmi 1,7 dəfə artaraq 275 milyon manata, o cümlədən sənaye məhsulunun həcmi

Davamı...
Baxış sayı: 182
Açar sözlər:
Bookmark and Share

İLHAM ƏLİYEVİN BƏRDƏ VƏ YEVLAX RAYONLARINA SƏFƏRİ

Mart 5, 2009 20:46, Virtual gündəlik, Liderə sevgi, Prezidentə dəstək, Azәrbaycanın Beynәlxalq imici, Ali sərkərdə, Mədəniyyətimizin hamisi, İntellektual nitq və çıxışlar, artyazar, Şərhlər(0)

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏRDƏ VƏ YEVLAX RAYONLARINA SƏFƏRİ
ULU ÖNDƏRİN ABİDƏSİNİ ZİYARƏT

Bərdə, 2 mart (AzərTAc). 2004-2008-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı ölkəmizin bütün bölgələri, o cümlədən Bərdə rayonunun inkişafında mühüm rol oynamışdır. Prezident İlham Əliyev cəbhə bölgəsində yerləşən, Azərbaycanın qədim paytaxtlarından biri olmuş Bərdəyə ötən illərdə bir neçə dəfə səfər etmiş, Qarabağın bu dilbər guşəsində görülən işlərlə tanış olmuşdur. 142 mindən çox əhalisi olan, eləcə də 35 minə qədər

Davamı...
Baxış sayı: 212
Açar sözlər:
Bookmark and Share

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BİR GÜNÜ...

Mart 5, 2009 20:40, Virtual gündəlik, Liderə sevgi, Prezidentə dəstək, Azәrbaycanın Beynәlxalq imici, Mədəniyyətimizin hamisi, Türk Dünyasının Lideri, artyazar, Şərhlər(0)

BAKIDA M.V.LOMONOSOV ADINA MOSKVA DÖVLƏT UNİVERSİTETİNİN FİLİALININ RƏSMİ AÇILIŞI OLMUŞDUR
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MƏRASİMDƏ İŞTİRAK ETMİŞDİR

Bakı, 27 fevral (AzərTAc). Fevralın 27-də Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialının rəsmi açılışı olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
MDU-nun filialının açılışında RF Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkinin başçılıq etdiyi Rusiya nümayəndə heyəti də iştirak edirdi.
Bakıda M.V.Lomonosov adına Moskva Dövlət

Davamı...
Baxış sayı: 209
Açar sözlər:
Bookmark and Share

“CNN” TELEKANALININ PREZİDENTİ İLHAM ƏLİYEVİN MÜSAHİBƏSİ

Mart 5, 2009 20:36, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, artyazar, Şərhlər(0)

“CNN” TELEKANALI “YAXIN ŞƏRQ TİCARƏT MƏKANI” VERİLİŞİNDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN MÜSAHİBƏSİNİN BİR HİSSƏSİNİ YAYIMLAMIŞDIR

Bakı, 27 fevral (AzərTAc). Bu il yanvarın 30-da Davos İqtisadi Forumunda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “CNN” telekanalına müsahibə vermişdi.
“CNN” telekanalı fevralın 27-də “Yaxın Şərq ticarət məkanı” verilişində həmin müsahibənin bir hissəsini yayımlamışdır. Prezident İlham Əliyevin “CNN” telekanalına verdiyi müsahibədə dünya maliyyə və iqtisadi böhranı, o cümlədən beynəlxalq neft bazarı və Azərbaycanın bu bazarda rolu məsələləri də diqqət

Davamı...
Baxış sayı: 204
Açar sözlər:
Bookmark and Share



  Yazılar cəmi: 484    Sonrakı səhifə »